Həmyerlimiz qlobal İT konfransa üzv seçilib

07-02-2018 / 12:13

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev 29-30 iyun 2018-ci il tarixlərdə keçiriləcək “Nəzəri və Tətbiqi Kompüter Elmləri və Mühəndislik” mövzusunda beynəlxalq konfransın (International Conference on Theoretical and Applied Computer Science and Engineering– ICTACSE2018-summer) elmi komitəsinin üzvü seçilib.

Bu barədə Xeberler.az-a İnstitutdan məlumat verilib.

Türkiyənin İstanbul şəhərində baş tutacaq konfransda bioinformatika, Data Mining, distant təhsil, e-dövlət, e-tibb, qeyri-səlis məntiq, informasiya təhlükəsizliyi və risklərin idarə olunması, İT-layihələrin idarə olunması, ağıllı sensor şəbəkələri, proqram mühəndisliyi, obrazların tanınması və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə