Hər beşinci televizor 4K texnologiyasını dəstəkləyəcək

22-06-2015 / 10:01

Ultra HD (4K) televizorların tədarükü 2015-ci ilin aprelində rekord 3 milyon ədədə çatıb ki, bu da ümumi həcmin 14 faizini təşkil edib.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, 2016-cı ilədək dünya bazarında satılan hər beşinci televizordan biri 4K texnologiyasını dəstəkləyəcək. Bu barədə IHS analitik şirkətinin məlumatında deyilir.

Şirkət ekspertlərinin fikrincə, 4K televizorlar bazarının inkişafına həm alıcılar tərəfindən artan tələbat, həm də istehsalçıların aktiv fəaliyyəti xidmət edir. Bildirilir ki, bazar tendensiyası son televizor texnologiyalarına böyük diqqətin olmasından xəbər verir və istehsalçılar buna cavab olaraq məhsullarında bu tip modellərin sayını artırırlar.

IHS Technology analitiki Linda Linin sözlərinə görə, 4K-nı dəstəkləyən düzekranlı televizorların qiyməti 2014-cü il ərzində azalmaqda davam edib. Bundan başqa, dünya televizor brendlərinin əksəriyyəti artıq 4K modellərini istehsalata buraxıb.

Analitik qeyd edib ki, Tayvanın televizor istehsalçıları pioner kimi çıxış edərək 4К TV-nin yayılmasına əhəmiyyətli töhfə verdikləri halda, bazarda lider Cənubi Koreya şirkətləridir. LG və Samsung şirkətləri iri 4K TV istehsalçısıdır.

Qeyd olunur ki, son məlumatlara görə, 2014-cü ildə 4K displeylər bazarının həcmi 9,2 milyard dollara çatıb. Bunun 8,8 milyard dolları 4К LCD displeylərin payına düşüb. Proqnoza görə, 2015-ci ildə 4K bazarında istehsalçıların mədaxili 94 faiz artaraq 18 milyard təşkil edəcək. Bazar inkişaf etdikcə və 4K qurğularının qiyməti aşağı düşdükcə 2020-ci ilədək dünya 4K displeylər bazarının həcminin 52 milyard dollar olacağı gözlənilir.

Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan 4K formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. IHS analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra UHD televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək. 

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.