Hər gün milyonlarla mahnı telefonunuzda

22-02-2018 / 15:22

Azercell musiqisevərlər üçün Azercell Plus Musiqi xidmətini yenidən təkmilləşdirərək abunəçilərinin istifadəsinə təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, artıq Azercell abunəçiləri xidmətini aylıq yox, günlük sifariş edə, 28 000 000 mahnı dinləyə, eləcə də, öz fərdi musiqi siyahılarını yarada bilərlər.

Xidmətə qoşulmaq üçün*701#YES kodunu yığmaq və SMS ilə gələn mobil əlavəni yükləmək kifayətdir ki, bu zaman abunəçi 7 gün ərzində Premium xidmətindən pulsuz istifadə imkanı qazanır. Azercell Plus Musiqi xidməti Google Play və AppStore sistemlərində Zvooq xidməti tərəfindən təmin olunur.

Qeyd edək ki, xidmətin günlük abunə haqqı 0,25 qəpik təşkil edir. Zvooq xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.

Xidmətə Azercell Plus ilə qoşulmağın bir çox üstünlükləri var. Bunlar arasında xidmətdən günlük istifadə etmək imkanı, bu isə mobil xərclərə qənaət deməkdir, Azercell Müştəri Xidmətləri tərəfindən 24/7 tam dəstək, kartsız ödəniş imkanı və s.

Qeyd etmək lazımdır ki, Azercell Plus Musiqi xidmətində istənilən zövqə, əhval-ruhiyyəyə, eləcə də janrlara uyğun olan müxtəlif musiqi siyahıları cəmlənib.  Bu xidmətin köməyilə abunəçilər öz zövqlərinə uyğun musiqi siyahılarını yükləyib sonradan onları istənilən qədər offlayn rejimdə dinləyə bilərlər.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.