Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018 / 17:37

Azərbaycanda şəhərlərarası sərnişindaşımada hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq.

Xeberler.az bildirir ki, şəhərlərarası və beynəlxalq sərnişindaşımada iştirak edən avtobusların yola salınma prosesi və onlayn bilet satışı avtomatlaşdırılıb və mərkəzi məlumat bazası mövcuddur. Belə ki, sərnişin onlayn rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər.

Sərnişinlərin onlayn rejimdə daha uzunmüddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir. Bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Vahid elektron bilet proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb. Bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişindaşımada onlayn dispetçer xidməti vasitəsilə hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə