Hərbçilərimiz kibertəhlükəsizlik tədbirində iştirak edir

07-11-2017 / 15:58

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri noyabrın 7-dən etibarən bir sıra beynəlxalq tədbirdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberler.az-a  bildiriblər ki, hərbçilərimiz noyabrın 9-dək Praqada keçiriləcək kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsinə qatılıb.

Onlar noyabrın 10-dək İsveçin Kunqsangen şəhərində davam edəcək təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kurslarında iştirak edəcək.

Hərbi qullurçularımız, həmçinin Pakistanın Kəraçi şəhərində keçirilən və dekabrın 4-dək davam edəcək hidroqrafiya və okeanoqrafiya kursunda iştirak edirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə