Hesab.az –dan qadınları sevindirən  kampaniyalar

13-03-2019 / 18:27

Hesab.az hər zaman həm funksionallıq baxımından yeniliklər edərək həm də, həyata keçirdiyi layihələrlə, müsabiqələr, yarışmalarla istifdəçilərini sevindirməyi bacarmışdır. Hesab.az bu dəfə 8  Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım istifadəçilərini unutmamış və onlar üçün xüsusi layihə və müsabiqə təşkil edib.

Xeberler.az  bildirir ki, Hesab.az komandası hər zaman kişi və qadın hüquqlarının bərabər olmasının tərəfdarı olmuşdur. Bu səbədəndir ki, kollektiv heyətində qadın/kişi diskriminasıyası qorunub və saxlanılmışdır.  Belə ki, 8 Mart tarixinə kimi  qeydiyyatdan keçən və ya artıq qeydiyyatı olan xanım istifadəçilər Hesab.az portalında 8 Mart tarixində bir dəfəyə 20 AZN və yuxarı ödəniş edərək (Bank, sığorta və online bilet ödənişləri istisna olmaqla), 10 AZN dəyərində Hesab.az hədiyyə kartı qazanıblar.

Facebook səhifələrində həyata keçirilən müsabiqədə istifadəçilərin həyatında “Əvəzedilməz Qadın obrazı” müəyyən etmələri yer alıb. Şərtlərə əsasən hər kəsin həyatında iz qoyan və onun üçün ideal olan “Əvəzedilməz Qadın obrazı”  hesab etdiyi qadının şəkli ilə birlikdə nə üçün ideal saydıqları haqqında ətraflı məlumatı Hesab.az –ın elektron ünvanına göndərmələri istənib. Buna görə Hesab.az komandası əvəzedilməz qadını sevindirmək üçün  onlara bir fürsət yaradıb və iştirakçılar arasından yalnız 10 nəfər seçilərək dəyərli hədiyyə ilə təltif edilib. Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008- ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.