Hesab.az ASAN Məktub layihəsinə onlayn kommunikasiya dəstəyi oldu

20-02-2019 / 11:25

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az hər zaman öz sahəsi üzrə yeniliklər etməyə davam edir və istifadəçilərinə ən yaxşı xidməti göstərmək üçün dayanmadan çalışır. Bununla yanaşı sosial məsuliyyətli tədbirlərə də biganə qalmır. Hesab.az bu günə kimi  təhsilə, maddi və mənəvi cəhətdən dəstəyə ehtiyacı olan bir çox gəncə dəstək olmuş, bu məqsəd ilə təşkil olunan tədbirlərdə yaxından iştirak etmişdir. Hazırda Hesab.az ASAN Məktub layihəsinə kommunikasiya dəstəkçisi kimi çıxış edir.

Xeberler.az  bildirir ki, Hesab.az portalının reklam bölməsində, sosial kanallarında ASAN Məktub layihəsinə dəstək olmaq məqsədiylə paylaşımlar edilir. Məqsəd daha çox insanı ASAN Məktub layihəsinə dəstək olmağa səsləmək və  mümkün qədər daha çox uşağın arzularını reallaşdırılmasına səbəbiyyət yaratmaqdır. Siz də, layihəyə dəstək olaraq Azərbaycanın dörd bir yanında yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzularının həyata keçməsində yardımçı olun. Onlara edəcəyiniz ən kiçik yardım belə onların həyatlarında unudulmaz xatirəyə çevriləcək. Öhdəliyinizə götürdüyünüz hər məktub ilə qarşılıqsız yardım etməyin mənəvi zövqünü yaşayacaq və dəyərindən asılı olmayaraq onlara sevinc bəxş edəcəksiniz.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.