Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019 / 14:02

Online ödəniş sahəsində müasir dövr ilə həmişə uyğunlaşan Goldenpay şirkəti gün keçmir ki, istifadəçilərinə daha bir yeniliyini təqdim edir. Goldenpay şirkətinin onlayn xidmətlər platforması olan Hesab.az saytı ilə Bakcell şirkətinin birgə təqdim etdikləri yeniliyə əsasən artıq siz balansınıza rahat şəkildə nəzarət edə biləcəksiniz.

Xeberler.az  bildirir ki, Hesab.az vasitəsiylə balansınız siz təyin etdiyiniz tarix aralığında  qeyd etdiyiniz məbləğə qədər azalan zaman öncədən təyin etdiyiniz məbləğ qədər balansınız yenidən avtomatik şəkildə artırılacaq. Beləliklə də siz
internetinizin, ödəniş etmək üçün əlverişli şəraitinizin  olmadığı zamanlarda, təcili əlaqə saxlamağa ehtiyac duyduğunuz anlarda Hesab.az sayəsində əlavə qayğılardan uzaq olacaqsınız.

Eyni zamanda qeyd edək ki, Hesab.az- da avtomatik ödənişlərə daxil olaraq ”Bakcell - Top-up” - avtomatik ödəniş növünü ilk dəfə aktiv edən bütün istifadəçilərə Bakcell tərəfindən 300 MB pulsuz veriləcək. Siz də Hesab.az-ın sizlərə təmin etdiyi özəlliklərdən yararlanaraq həyatınızı rahatlaşdırın.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və s. xidmətlərin alışı /ödənişi mümkündür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.