Hesab.az-da bonuslarınızı Azercell danışıq dəqiqələrinə dəyişin

28-09-2015 / 20:18

Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları artıq həm də Azercell danışıq dəqiqələrinə dəyişə bilər.

Portaldan Xeberler.az-a verilən məlumata görə, bunun üçün Hesab.az portalındakı şəxsi kabinetlərinə daxil olub, “Dərhal dəyiş” bölməsinə giriş edərək bonuslarını Azercell danışıq dəqiqələrinə dəyişə bilərlər.

Azercell abunəçiləri üçün 5000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 1 ay ərzində şəbəkədaxili zənglər zamanı istifadə edilməlidir. Qeyd edək ki, fakturalı xətt abunəçiləri bu dəqiqələrdən növbəti faktura dövründən etibarən istifadə edəcəklər.

Bildirək ki, Bakcell abunəçiləri də Hesab.az portalında bonuslarını danışıq dəqiqələrinə dəyişə bilərlər. Bu operatorun istifadəçiləri üçün isə 2000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 3 gün ərzində istifadə edilməlidir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə