Hesab.az-da Expressbank kartı ilə ikiqat bonus qazanın

18-03-2016 / 14:48

Hesab.az onlayn ödəmələr portalı Expressbank-la birgə yeni kampaniyaya başlayıb. Xeberler.az-ın məlumatına görə, bu gündən etibarən Expressbank-a məxsus plastik kart sahibləri Hesab.az portalında kommunal, kabel TV, mobil, internet, əyləncə və Naxçıvan xərcləri üzrə ödəniş edərkən ikiqat bonus qazanacaqlar.

Hesab.az portalında qeydiyyatdan keçmiş Expressbank müştəriləri bankın plastik kartları ilə həyata keçirdikləri ödəmə əməliyyatları üzrə hər 1 manata görə 100 deyil, 200 bonus əldə edəcəklər. Nəticədə Expressbank-ın müştərilərinin Hesab.az-ın  çoxsaylı kampaniyalarda  müxtəlif  hədiyyə qazanmaq şansı iki dəfə artacaq. Qeyd edək ki,  kredit və sığorta ödənişləri, kinoteatr biletləri ikiqat bonus kampaniyasına daxil deyil.

Eyni zamanda Hesab.az istifadəçiləri bonuslarını “Dərhal dəyiş” bölməsində Expressbank-ın təqdim etdiyi plastik kartlara dəyişə bilərlər. Bununla da bankın plastik kartlarını pulsuz sifariş etmiş olacaqlar. 

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.