Hesab.az -da kartları yadda saxlamaq mümkün oldu

06-04-2015 / 10:13

Hesab.az portalının istifadəçiləri artıq ödəmələrini daha rahat, vaxt itirmədən və həm də tam təhlükəsiz şəkildə həyata keçirə biləcəklər. Belə ki, portalda yeni “kartların yadda saxlanılması” funksiyası istifadəçilərin istifadəsinə verilib.

 Bu  barədə Xəbərlər-ə Hesab.az portalının təsisçisi və icraçı direktoru Fərid İsmayılzadə məlumat verib.

O qeyd edib ki,yeni funksiya istifadəçilərə özlərinə aid kartlarını təhlükəsiz şəkildə portalda bir dəfə qeydiyyata almağa və hər dəfə kart bilgilərini daxil etmədən ödəməyə imkan yaradır.

Fərid İsmayılzadənin sözlərinə görə,  yeni xidmət GoldenPay şirkətinin Millikart prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

İcraçı direktor deyib ki, kart məlumatlarının yadda saxlamaq funksiyasını biz daha əvvəllər də aktivləşdirə bilmə imkanları olsa da, təhlükəsizlik məsələsinə görə gecikiblər:

“ Millikart vasitəsilə bu məsələni yüksək səviyyədə həll etdikdən sonra istifadəçilərimiz əminliklə plastik kartlarını yaddaşda saxlayıb istənilən vaxt ödəniş edə biləcəklər. Həmçinin Google şirkətinin təhlükəsizlik məqsədilə istifadə etdiyi 2 Addımlı Doğrulama funksiyasından istifadə edərək, şəxsi hesabınıza kənar daxilolmaları sıfıra endirə bilərlər. Bütün bunlar hal-hazırda dünyada tətbiq edilən ən yüksək təhlükəsizlik standartlarıdır”.  

Millikart prosesinq mərkəzi Azərbaycanda PCI DSS təhlükəsizlik standartlarına cavab verən prosesinq mərkəzidir. Bu standardlar mərkəzə istənilən bankın kartlarını yadda saxlamağa imkan verir. Standardlar isə Visa və Mastercard beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilib. Kartlar Hesab.az portalında qeydiyyata alınsa da Millikart prosesinq mərkəzində saxlanılır. Bundan əlavə başqa məntiqi təhlükəsizlik mərhələləri də var ki, bu da istifadəçinin profili daha da qoruyur.

Hesab.az ödəniş portalının 160 mindən çox qeydiyyatlı istifadəçisi var.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.