Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

09-02-2019 / 10:11

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az avtomobil sahiblərini sevindirəcək yeniliyini təqdim edir. Artıq icbari avtomobil sığortanızı Hesab.az vasitəsiylə rahat şəkildə ala biləcəksiniz. Beləliklə də həm vaxtınıza qənaət etmiş olacaqsınız həm də, yarana biləcək fövqəladə hallardan öncədən sığortalana biləcəksiniz. Lazım olan məlumatlarınızı Hesab.az-ın həm veb, həm də mobil tətbiqində “İcbari Avto Sığorta” bölməsinə daxil etməklə bir neçə dəqiqəyə icbari avtomobil sığortanızı əldə etmiş olacaqsınız.

Xeberler.az  bildirir ki, Hesab.az müxtəlif növ ödənişləri özündə cəmləməklə mümkün qədər daha çox istifadəçi kütləsinə xidmət göstərməyə çalışır.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.