Hesab.az hədiyyə kampaniyasına başladı

30-07-2015 / 11:23

Avqust ayında Hesab.az portalının təqdim etdiyi hədiyyələrin hərracında iştirak etməklə hədiyyələrə sahib ola bilərsiniz.  

Xeberler.az məlumat verir ki, Hesab.az-da ödənişlər etdikdə qazandığınız bonuslar vasitəsi ilə hədiyyələrin hərracında iştirak edə bilərsiniz. Avqust ayında hədiyyələr sırasında tozsoran, toster, blender, rəqəmsal fotokamera, printer, Uber Hədiyyə Kartları və Sığortalı Greencard Müraciətinə 25 faizlik endirim kartları var.

Hədiyyələrin hərracında iştirak etmək üçün Hesab.az portalındakı "Şəxsi Kabinet"inizdə yerləşən "Hədiyyələrin siyahısı" düyməsinə daxil olub reytinqinizə uyğun hədiyyələrin siyahısını görəcəksiniz. Hər hansı bir hədiyyənin altında yazılan "İştirak etmək" düyməsini klikləyin. Bu zaman açılan pəncərədə siz, həmin hədiyyə üçün ən son edilmiş təklifi görəcəksiniz. Əgər bonusunuz kifayət edirsə, daha çox bonus təklif edirsiniz.

Qeyd edək ki, hərraca daxil olan zaman giriş bonusu birdəfəlik tutulur. Əgər sizin təklifinizdən daha yüksək təklif olarsa, hədiyyə üçün təklif etdiyiniz bonuslar geri qaytarılacaq. 24 saat ərzində sizdən daha çox bonus təklif edən olmazsa, həmin hədiyyənin sahibi olursunuz.

Eyni zamanda qazandığınız bonuslarla hərraclarda iştirak etməklə yanaşı, həm də danışıq dəqiqələrinə dəyişə bilərsiniz. Bunun üçün Hesab.az portalındakı şəxsi kabinetinizə daxil olub, bonuslarının sayının qeyd olunduğu hissədə yaradılmış  keçidə giriş edərək, bonuslarınızı Bakcell danışıq dəqiqələrinə dəyişə bilərsiniz.  

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə