Hesab.az ilə gənclər üçün seminar

13-05-2019 / 11:19

"GoldenPay" şirkətinin İdarə Heyətinin Üzvü, Məhsulların inkişafı və Marketinq üzrə direktor Tuğba Uçar ADA Universiteti tələbələri üçün "Marketinq planı necə hazırlanmalı?" mövzusunda seminar keçirib.

Xeberler.az bildirir ki, eyni adlı növbəti seminar ASAN Xidmət könüllüləri üçün də keçirilib.

Seminarda marketinqin strateji planlaşdırılması, rəqabət mühitinin təhlili, müştələrin təhlili, rəqiblərin təhlili, bazar məqsədlərinin seçilməsi, xidmətlərə və müştərilərə münasibətdə üstünlük əsasında rəqabət, elektron marketinq əsasında rəqabət, 21-ci əsrin marketinq strategiyaları haqqında danışılıb.

Maraqla qarşılanan seminarda Tuğba xanım iştirakçıların suallarını cavablandırın və onlara karyera həyatlarında uğur qazanmaq üçün məsləhətlər verib.

Hesab.az hərzaman gənclərin üçün maarifləndirici seminarların təşkil olunmasında yaxından iştirak etmişdir. İl ərzində Hesab.az onlayn ödəmə portalının mütəxəssislərinin iştirakı ilə seminarların həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti "GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.