Hesab.az Novruz bayramı ilə bağlı kampaniya həyata keçirir

19-03-2019 / 15:07

Milli bayramımız olan Novruz bayramı sevinc və bərəkət rəmzidir. Hesab.az onlayn ödəmə portalı rəngarəngliyi ilə seçilən, fərqli adət-ənənələr ilə zəngin olan, ən vacibi isə yurdumuza bahar gətirən Novruz bayramı ilə bağlı istifadəçilərini sevindirən kampaniyalar  ilə onları hədiyyəsiz qoymayacaq.

Xeberler.az  bildirir ki, bayram günlərində 20-24 Mart tarixlərində baş tutacaq kampaniya ilə onlara əsl bayram sevinci yaşadacaq. Belə ki, qeydiyyatlı olaraq mobil balansı bir dəfəyə 30 AZN və daha çox  artırdıqda USB kabel hədiyyə qazanacaqlar. Eyni zamanda Facebook izləyiciləri üçün maraqlı müsabiqə həyata keçiriləcək. 19-21 Mart tarixlərində 3 gün davam edəcək müsabiqədə hər günə 3 qalib seçiləcək. Qalibləri dəyərli hədiyyələr gözləyir. Daha ətraflı məlumatı Hesab.az –ın Facebook səhifəsindən əldə edə biləcəksiniz. Bu il hədiyyəniz Hesab.az-dan olsun.

 

GoldenPay şirkəti - Hesab.az komandası  bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və xoş günlər arzulayır. Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.