Hesab.az portalında istifadəçilərin sayı 150 mini keçib

27-01-2015 / 09:35

“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı artıb. Portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı sürətlə artaraq 150 min nəfəri ötüb. 

“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər.

Bütün ödənişlər real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.

“Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər  bir istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.

                                                                              Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə