Hesab.az qazandıran kampaniyalar ilə ilklərə imza atmağa davam edir

18-01-2019 / 14:30

Hesab.az hər zaman fərqli və müxtəlif kampaniyalar həyata keçirərək istifadəçilərinə ödəniş etmək üçün daha bir səbəb vermiş olur. Onlayn sahələrin inkişaf etdiyi dövrdə Hesab.az mövcud bazar şəraitində  üstünlüyünü qoruyub və öndə olmağa davam edir.

Xeberler.az  bildirir ki, Hesab.az-ın rahatlığı, təhlükəsizliyi, sürətliliyi sayəsində hər gün yeni istifadəçilərinin sayı dayanmadan artır. Yaxın günlərdə Hesab.az öz 400.000-ci istifadəçisinə dəyərli mobil telefon hədiyyə etdi. Bu uğur Hesab.az komandasına daha da stimul vermiş, gələcək layihələrində həvəsləndirmiş oldu. Mütəmadi olaraq təhsil ilə bağlı  böyük layihələrdə, sosial- məsuliyyətlilik tədbirlərində iştirak etməklə cəmiyyətin inkişafına töhvə vermiş olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan Golden Pay şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb. 70-dən çox tələbə arasından 3 nəfər təqaüdə layiq görülüb və 2018-2019 -ci il tarixlərində aylıq 150 AZN təqaüdlə təmin olunacaqlar.

Hesab.az-ın Rabitə Bank və Optimal Electroniks ilə öz müştərilərinə sərfəli kredit şərtləri ilə mobil telefon alınması layihəsinin hazırkı nəticələri gözləntiləri üstələməyi bacarıb. Bundan əlavə ölkənin ilk Mobil operatoru Bakcell şirkəti ilə birgə təqdim olunan kampaniyada siz Hesab.az saytı vasitəsi ilə balansınızı avtomatik şəkildə artıra biləcəksiniz və ilk istifadədə 300MB qazanacaqsınız. Belə ki, Hesab.az vasitəsi ilə balansınız siz təyin etdiyiniz tarix aralığında  qeyd etdiyiniz məbləğə qədər azalan zaman öncədən təyin etdiyiniz məbləğ qədər balansınız yenidən avtomatik şəkildə artırılacaq.

İlin yeni başlamasına baxmayaraq Hesab.az platformasında yeniliklər bitmir. Siz istənilən yerdə və şəraitdə artıq Hesab.az-la İcbari Avtomobil sığortanızı ala və digər bütün sığorta ödənişlərinizi rahat şəkildə ödəyə bilərsiniz. Daxili kampaniyalar və yeniliklərdən əlavə Hesab.az-ın mövcud sosial şəbəkədəki kanallarında da daimi
olaraq kampaniyalar haqqında öncədən məlumat ala və müxtəlif dəyərli hədiyyələr qazanacağınız müsabiqələrdə iştirak edə bilərsiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.