Hesab.az Xalq Bank müştərilərinə ikiqat bonus qazandırır

03-08-2015 / 14:08

Hesab.az Xalq Bank müştərilərinə yeni imkan yaradıb.

Şirkətdən Xəbərlər-ə verilən verilən məlumata görə, Xalq Banka məxsus kartların sahibləri avqustun 1-dən etibarən Hesab.az onlayn ödəmə portalında qeydiyyatdan keçib, kommunal, rabitə, kabel televiziya, mobil operator, İnternet provayder, əyləncə və Naxçıvan xərcləri xidmətlərinin haqqını ödəyərək ikiqat bonus qazanacaqlar. Lakin kredit və sığorta ödənişləri, kinoteatr biletləri ikiqat bonus kampaniyasına daxil deyil.

Xalq Bankın Hesab.az portalında qeydiyyatdan keçmiş müştəriləri bankın plastik kartları ilə həyata keçirdikləri ödəmə əməliyyatları üzrə hər 1 manata görə 200 bonus əldə edəcək. Nəticədə Xalq Bankın müştərilərinin  Hesab.az portalında təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda  müxtəlif  hədiyyə qazanmaq şansı iki dəfə artacaq.      

Qeyd edək ki, kampaniya avqust ayının sonuna kimi davam edəcək.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.