Hesablama Palatası Fondun 2016-2017-ci illərdəki fəaliyyətini audit edib

19-10-2018 / 17:24

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (Fond) fəaliyyətində nöqsanlar aşkar edilib.  

Xeberler.az  bu barədə Report-un Hesablama Palatasının, Fondun 2016-2017-ci illərdəki fəaliyyəti üzrə yaydığı audit hesabatına istinadən bildirir.

Fondun birja fəaliyyəti olmadığı halda “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın “Birja əməliyyatlarından gəlir” maddəsində 1 512 402,98 manat məbləğində gəlir göstərilib, güzəştli kreditlərdən 43 583 manat məbləğində maliyyə gəlirləri (faizlər) əldə edildiyi halda “Sair əməliyyat gəlirləri” maddəsində 43 583 manat məbləğində gəlir göstərilməyib, “Sərf edilmiş materialların dəyəri” maddəsi üzrə xərclər 4 871 manat əvəzinə 4 182 manat və yaxud 689 manat az göstərilib.

Fondun vəsaiti hesabına güzəştli kreditlərin güzəştli kreditlərin verilməsi üçün müsabiqə şərtlərini Müşahidə Şurası təsdiq etməyib. Güzəştli kreditlər vasitəsilə maliyyələşmənin mexanizmi üzrə əlavə reqlament hazırlanmayıb.

Qeyd edək ki, 2014-2017-ci illərdə Fond 5 müvəkkil bank vasitəsilə 13 hüquqi şəxsə 10,02 milyon manat güzəştli kredit verib ki, bunun da 5 milyon manatı və yaxud 49,9%-i 2016-2017-ci illərdə 1 müvəkkil bank vasitəsilə 5 halda 4 hüquqi şəxsə verilən güzəştli kreditlərdən ibarət olub. O cümlədən 2016-cı ildə 2 hüquqi şəxsə 3,5 milyon manat, 2017-ci ildə isə 3 hüquqi şəxsə 1,5 milyon manat verilib.

Dövlət öhdəliyi qəbul edilmədiyi halda 2015-ci ilin cari xərcləri (telefon, abunə haqqı və çap işləri) üzrə yaranmış 980 manat məbləğində kreditor borcun 140 manatı 2016-cı ilin, 840 manatı isə 2017-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına ödənilərək icra edilib.

2016-cı il üzrə maliyyə hesabatlarının “Pricewaterhouse Coopers Audit Azerbaijan” şirkətinin apardığı auditilə ancaq daxili nəzarət sistemləri qiymətləndirilib, Fondun maliyyə vəziyyətini, gəlir və xərclərini, kapitalda baş verən dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini düzgün və ədalətli əks etdiribetdirməməsi barədə rəy verilməyib.

İşçilər arasında vəzifələrə uyğun iş bölgüsünün aparılmaması və bəzi işçilərin əlavə işlə yüklənməsi səhvlərə yol vermə və ya sui-istifadə hallarının baş vermə riskini yaradıb. Auditin nəticələri ilə bağlı Fonda kollegiya qərarının surəti və təqdimat göndərilib, nəzarət tədbirinin nəticələri üzrə Milli Məclisə məlumat verilib.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.