Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

02-07-2015 / 15:17

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi (application) istifadəyə verilib.

Mərkəzdən Xəbərlər-ə verilən məlumata görə, IOS və Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan mobil tətbiqi App Store və Google play mağazalarından yükləmək olar.

Bu tətbiq vasitəsi ilə istifadəçilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat əldə edə, Mərkəzlə bağlı ən son xəbərləri izləyə, tədbirlər və sərgilər haqqında informasiya ala bilər.

Mobil tətbiq, həmçinin Mərkəzdəki sərgi və konsertlərə onlayn bilet almaq üçün imkanlar yaradır.
Belə ki, bu tətbiqdə E-bilet bölməsində Mərkəzdə təşkil olunan sərgi və konsertlərə bilet almaq olar. Hər bir istifadəçinin aldığı bilet Biletlərim yarımbölməsində toplanır, eyni zamanda həmin şəxsin elektron ünvanına təsdiq məktubu gəlir.
İstifadəçi (tamaşaçı) tədbirə gələrkən mobil tətbiq vasitəsi ilə alınan bileti mobil telefonundan (və ya elektron ünvanına gələn bileti çap edərək) nəzarətçiyə təqdim edə bilər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə