Hiss etmək qabiliyyətinə malik süni barmaq yaradılıb

11-03-2016 / 10:53

Neyromühəndislər təzyiqi və səthin teksturunu hiss etmək qabiliyyətinə malik süni barmaq hazırlayıblar.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki,qurğu amputasiya olunmuş barmağın yerinə, insanın sinir uclarına qoşulur. Bununla yanaşı, cihazın xüsusi iynələrdən istifadə etməklə sağlam insanın barmaqlarına da qoşula biləcəyi qeyd olunub.

Təxminən 11 il əvvəl fişəng partlayışı nəticəsində əlindən məhrum olmuş şəxs sınaqda iştirak edib. Həkimlər naqil və sensorların köməyilə könüllü şəxsin sinir uclarına süni barmaq birləşdiriblər.

Aparılan sınaqlar zamanı süni barmağın 96 faiz halda səthin teksturunu ayırd edə bildiyi məlum olub.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə