Hökumət bu qaydalara dəyişiklik etdi

15-09-2018 / 10:31

Nazirlər Kabineti “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişikliklər edib.

Xeberler.az Report-a istiandən bildirir ki, bu barədə qərarı nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, uçotun aparılması operator (provayder) hüquqi şəxs olduğu halda, onun nizamnaməsinin surəti tələb olunacaq.

Bundan əlavə operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə müraciətin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndəriləcək. Həmin müraciətə onun qeydiyyat tarixindən 3 (üç) iş günü müddətində Nazirlik tərəfindən baxılaraq, müvafiq olaraq, Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları yenilənəcək və ya uçot ləğv ediləcək. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.