Hökumət qurumları üçün planşet yaradılıb

05-09-2016 / 11:29

BlackBerry və Samsung şirkətləri Almaniya hökuməti üçün ən təhlükəsiz planşet yaradıblar.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, SecuTablet adlanan layihə Almaniya Federal İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən rəsmi istifadəyə yararlı qurğu kimi təsdiq edilib.

Planşet şifrlənmiş yazışmalar üçün BlackBerry Hub funksiyasından və qurğunun yaddaşında bütün informasiyanı mühafizə edən SecuSmart kart şifrlənməsindən istifadə edir.

BlackBerry şirkəti SecuSmart ilə birlikdə, həmçinin sertifikat idarəetmə sistemi və VPN servisini tətbiq edib.

SecuTablet planşetində istifadə edilən daha bir mühafizə sistemi Samsung Knox sistemidir. Cənubi Koreya şirkətinin nümayəndələrinin sözlərinə görə, platforma Android əməliyyat sisteminin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Qeyd edək ki, SecuTablet planşetinin qiyməti 2 380 dollar təşkil edir.

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə