“HP BladeSystem və HP İntegrity server platformaları” mövzusunda seminar keçirilib

11-03-2009 / 13:46

Bu gün “Hyatt Regency” otelində “HP BladeSystem və HP İntegrity server platformaları” mövzusunda seminar keçirilib.Tədbirdə “HP” şirkətinin Ukrayna və Rusiyadan olan təmsilçiləri də iştirak edib.

Tədbirdə çıxış edən “HP” şirkətinin Azərbaycan üzrə baş nümayəndəsi Rüfət Hacıəlibəyov seminar zamanı “”HP –nin yeni inovasiya və texnologiyaları ilə bağlı ətraflı məlumat veriləcəyini bildirib.

“Tədbirdə dövlət, qeyri-hökumət, informasiya komunikasiya texnologiyaları (İKT) və bank sektorunun məsul şəxsləri iştirak edirlər. Seminarda həmçinin “HP” şirkətinin yeni məhsulları da nümayiş etdiriləcək”, - deyən R.Hacıəlibəyov hazırda Azərbaycan İKT bazarında “HP”nin bütün növ məhsullarının mövcud olduğunu söyləyib.

R.Hacıəlibəyov Bakıda və digər Azərbaycan şəhərlərində “HP”-nin satış mağazalarının da fəaliyyət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, “HP” dünyanın aparıcı texnologiya şirkəti hesab olunur.

“Dünya Bankı tərəfindən elan olunan müsabiqədə “HP” şirkəti Azəripoçt sahəsində qalib gəlib. Cari ilin oktyabr ayında isə həmin müsabiqənin təqdimatı nəzərdə tutulub”, - deyə R.Hacıəlibəyov əlavə edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə