HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

08-09-2009 / 17:02

III kvartalda HP şirkətinin GAAP üzrə hesablanmamış əməliyyat gəliri 8 faiz artıb və 3 milyard ABŞ dolları təşkil edir.

Xeberler.az bildirir ki, bu barədə HP-nin Azərbaycandaki nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov məlumat verib.

Onun sözlərinə görə, GAAP üzrə hesablanmamış, bir səhm üzrə gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 0,86 ABŞ dollardan 0,91 ABŞ dollaradək artıb.

Üçüncü kvartalda HP şirkətinin təmiz gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 4 faiz artıb (valyuta məzənnələri arasındaki fərqin nəzərə alınmasılə) və 27,5 milyard ABŞ dollar təşkil edir.

Valyuta məzənnələri arasında olan fərqlərin nəzərə alınmasılə Şimali və Cənubi Amerikada gəlir 11 faiz artıb, Asiya və Sakit Okean regionunda isə eyni səviyyədə qalmışdır. ABŞ-dan kənarda əldə olunan gəlir üçüncü kvartalda ümumi gəlirin 62 faizini təşkil edib.

Xidmlər sahəsində HP-nin gəliri 93% artmış və 8,5 milyard ABŞ dolları təşkil etmişdir. Bu, əsasən EDS şirkətinin alınması ilə bağlıdır. İnfrastruktur texnologiyalarının autsorsinqi kimi servislərdən əldə olunan gəlir 3,9 milyard ABŞ dollar təşkil edir. Texnoloji servislər, proqramların idarəolunması və biznes-proseslərin autsorsinqi kimi xidmətlərdən əldə olunan gəlir müvafiq olaraq 2,4 milyard, 1,4 milyard və 711 milyon ABŞ dolları təşkil edib.

Qrupun əməliyyat gəliri ötən ilin analoji dövründə əldə olunan 567 milyon ABŞ dollar ilə və ya gəlirin 12,9 faizi ilə müqayisədə 1,3 milyard ABŞ dolları və ya gəlirin 15 faizini təşkil edib. EDS şirkətinin inteqrasiyası planlaşdırılan müddəti qabaqlayır.

Personal sistemlər qrupuna aid olan məhsulların (kompüterlər, noutbuklar və s.) tək-tək satış həcmi 2% artıb. Sözügedən qrup fəaliyyət göstərdiyi bütün regionlarda stolüstü kompüterlər seqmentindəki liderliyini qoruyub saxlamaqdadır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə