HP olduqca yüngül EliteBook noutbuklarını təqdim edib

20-08-2008 / 06:32
Avqust ayının 18-də Hewlett-Packard (HP) şirkəti EliteBook portativ noutbuklar barədə elan edib. İstehsalçının məlumatına görə hər bir noutbukun çəkisi 1,5 kiloqramdan artıq deyil, lakin bununla yanaşı hər bir model disklər üçün quraşdırılmış optik qurğu ilə təchiz olunub. Yeni noutbuk modellərin korpusları anodlaşdırılmış alümindən və maqnezium ərintilərindən hazırlanıb. Bu cür konstruksiya noutbukları əlavə temperatur və fiziki təsirdən qorumağa kömək edir. HP EliteBook 2730p modelinin yığılma üsulu onu planşet kompüterə çevirmək üçün imkan yaradır. Texniki xüsusiyyətlərə gəldikdə isə, EliteBook noutbukları Intel Core 2 Duo prosessorları SSD-toplayıcılar və simsiz rabitə sistemləri ilə təchiz olunub. 1,2 kq. çəkili HP EliteBook 2530p Notebook PC modeli isə 12,1 düymlü azaldılmış eneriji sərfiyyatlı HP Illumi-Lite LED monitoru ilə təchiz olunub. HP EliteBook 2530p modelinin əsas xüsusiyyətlərindən biri isə onun həm 1,8 düymlü, həm də iri həcmli 2,5 düymlü SSD-toplayıcılarla işləmək imkanından ibarətdir. HP-nin məlumatına görə yeni noutbuklar 12 saatlıq avtonom iş rejiminə malikdir. Hewlett-Packard şirkətinin bu yeni məhsulunun ABŞ üçün nəzərdə tutulmuş qiyməti konfiqurasiyadan asılı olaraq 1500 dollardan 1670 dollaradək təşkil edir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə