HP şirkəti Azərbaycan bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxardır

12-10-2009 / 16:02

HP şirkəti dünya kompüter bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxarıb. Stolüstü Compaq 500B və 505B kompüterləri kiçik və orta biznes üçün hazırlanıblar, və bütün zəruri alətləri və proqram həllərini səmərəli şəkildə istifadə etməyə imkan verib, müasir biznesin bütün tələblərinə cavab verirlər.

500B seriyalı Compaq kompüterlərində İntel və ya AMD prosessoru, 500GB-lik sərt disk və 4 GB-dək tutumu olan DDR3 SDRAM əməli yaddaş modulları istifadə olunur. Kompüterdə DVD-writer, şəkil və video faylların sürətli yüklənilməsi üçün card reader 6-in-1 quraşdırılıb.

Müstəqil ekspertlər həmin kompüterlərin əsas rəqabət üstünlükləri kimi əla texniki göstəriciləri, zərif dizaynı, təkmilləşdirmə üçün imkanı və faydalı qiymətləri göstərirlər. Tanınmış Compaq brendi altında sözügedən keyfiyyətlərin cəmi bu kompüterlərə olan tələbatı artırmağa imkan verir.

Hər iki kompüterə əlavə olaraq yeni 18.5 diaqonallı Compaq CQ1851 monitor ilə təchiz oluna bilər. Bu monitor çox erqonomikdir və iş masası üstündə xeyli yerə qənaət etməyə imkan verir.

Compaq 500B və Compaq 505B kompüterlərinin yüksək texniki göstəriciləri bu kompüterlərə əvvəlcədən quraşdırılmış yeni Windows 7 əməliyyat sistemini yükləməyə imkan verir.

HP şirkəti informasiya texnologiyaları sahəsində dünya lideridir. HP-nin məhsul və həllər portfelinə printerlər, kompüterlər, proqram təminatı, son istifadəçilərə və şirkətlərə informasiya texnologiyaları ilə işi daha asan və rahat edən İT-həllər və servislər daxildir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə