HP şirkəti Rusiyada kompüter zavodunun fəaliyyətini dayandırdı

29-07-2015 / 16:11

Hewlett-Packard (HP) şirkəti Rusiyada kompüter istehsalı ilə məşğul olan zavodunun fəaliyyətini dayandırıb

Hewlett-Packard (HP) şirkəti  kompüter istehsalı ilə məşğul olan Sankt-Peterburqdakı zavodunun fəaliyyətinə son qoyub.

Xəbərlər-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zavodun 2015-ci ilin 1-ci rübündəki fəaliyyətində kompüterlərin istehsalında 43, 6 faiz azalma müşahidə olunurdu.

Zavod Sankt Peterburqun Şuşarı qəsəbəsində qeydiyyatdan keçib və adı çəkilən ünvanda tayvanlı şirkət Foxcopp-la əməkdaşlıq edib. Belə ki, hər iki şirkət fərdi HP kompüterlərin istehsalı ilə məşğul olub.

Zavodun tikintisinə 2008-ci ilin mayında başlanılıb. HP və Foxconn zavoda  50 milyon dollar sərmayə yatırıb. Lakin böhrana görə müəssisə 2010-cu ildə fəaliyyətə başlayıb. Əvvəllər HP Şuşarada yalnız fərdi kompüterlər istehsal edirdi. 2013-cü ilin avqustundan etibarən isə monobloqların istehsalına başlanıldı. Şirkətin ildə 480 minə yaxın istehsal planlaşdırdığı bildirilir.

"Zavod iqtisadi səbəblərdən bağlanıb. Rusiyada yığılmış şəxsi kompüterlərin dəyəri bütün Asiyada toplanmış kompüterlərin dəyərindən çox yüksəkdir, - deyə şirkətə yaxın mənbə bildirib.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə