HTC ağıllı biləklik istehsalına başladı

05-03-2015 / 15:30

Ağıllı biləklik bazarına HTC də daxil olub. Onun ağıllı biləkliyinin adı isə Re Qrip adlanır.

Xüsusən səhiyyə sahəsi üçün istehsal edilən biləklik bazarına telefon şirkətləri də daxil olmaqdadır. Ən son bu siyahıya HTC qatılıb. HTC Re Qrip adlı ağıllı biləkliyini Mobil Dünya Konqresində tanıdıb.

HTC ağıllı biləkliyinin funksiya və xüsusiyyətlərinə gəldikdə isə 1.8 düymlük ekrana sahibdir. İdmançıları da düşünərək hazırlanan biləklik ilə qət edilən məsafəni, itirilmiş kaloriləri öyrənmək mükündür. Biləklik zərbələrə və su-toz kimi maddələrə qarşı davamlıdır. Cihaz Android və iOS platformalarında işləyə biləcək. Ancaq Windows Phone dəstəyinə sahib deyil. Cihazın qiyməti isə 199 dollardır.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə