HTC ağıllı saatının təqdim olunacağı tarix açıqlanıb

04-12-2015 / 11:00

2013-cü ildən HTC-nin ağıllı saat hazırladığı bildirilsə də, 2 ildir bu saatın təqdimatı keçirilmir. 

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, HTC ilk ağıllı saatını 2016-cı ilin fevral ayında təqdim edəcək.

HTC ağıllı saatını Dünya Mobil Konfransında təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, HTC daha əvvəl Halfbeak adlı bir ağıllı saat hazırladığı mətbuata bildirmişdi. Və həmin saatın Android Wear əməliyyat sistemi ilə işləyəcəyi, dairəvi şəkildə olacağı haqqında məlumatlar yayılmışdı.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə