Huawei Azərbaycanda akademiya açır

18-04-2016 / 11:11

Çinin Huawei Technologies şirkəti Azərbaycanda ilk şəbəkə akademiyasını açır.

Xeberler.az Trend-ə istinadən məlumat verir ki, bunu  şirkətin Azərbaycan nümayəndəliyindən deyiblər.

Huawei Technologies şirkətinin şəbəkə akademiyasının proqramının əsas məqsədi telekommunikasiya sahəsində yüksək peşəkar kadrların hazırlanmasıdır.

Şirkətdən bildiriblər ki, Huawei Technologies-in şəbəkə akademiyası mayda fəaliyyətə başlayacaq. Layihə Softline şirkəti ilə birlikdə reallaşdırılacaq.

Perspektivdə şəbəkə akademiyalarının Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində açılması nəzərdə tutulur.

Hazırda şəbəkə akademiyası Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan Universitetində fəaliyyət göstərir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.