Huawei və Bakcell tələbələri həvəsləndirir

19-10-2015 / 16:48

Oktyabrın 15-də Four Seasons Hotelində Huawei və Bakcell şirkətlərinin birgə ərsəyə gətirdiyi Huawei & Bakcell LTE Kampaniyası-nın açılışı üçün nəzərdə tutulmuş tədbir keçirilib.

Xeberler.az bildirir ki, kampaniya çərçivəsində Huawei Ascend Mate7, G7 və ya G620S telefonlarından birini alan hər kəs, telefonun qiymətinin iki mislini il ərzində Bakcell-dən danışıq dəqiqələri kimi əldə edəcək.

Tədbirin əsas hissələrindən biri də universitetə qəbul imtahanında yüksək bal toplamış tələbələrə Huawei smartfonları və Bakcell nömrələri verərək, hər iki şirkət adından onları təbrik etmək idi.

Huawei və Bakcell şirkətlərinin nümayəndələri tələbələrin belə yüksək bal toplayaraq universitetə daxil olmaqlarını qiymətləndirdiklərini qeyd ediblər və hədiyyələri təqdim edərək, hər birinə uğurlar arzulayıblar.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə