I sinfə elektron qəbul davam edir

30-09-2016 / 11:09

Hazırda I sinfə qəbul prosesi davam edir.

 

Bu barədə Xeberler.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, I sinfə qəbul olunmaqda gecikən uşaqlar üçün qeydiyyat oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılır.

Tədris ili başladıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə I sinfə qəbulla bağlı valideynlər (və ya qanuni nümayəndələr) tərəfindən 410 müraciət daxil olub.

Sentyabrın 29-na olan məlumata əsasən, I sinfə qəbul üçün mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36354 nəfəri Azərbaycan bölməsi, 7952 nəfəri rus bölməsində təhsil alır. I sinifdə təhsil alan şagirdlərdən 41487 nəfəri 6 yaşı tamam olan, 2818 nəfəri isə 6 yaşı tamam olmayanlardır.

Lisey və gimnaziyaların I siniflərinə isə 2497 nəfər şagird qəbul olub. Onlardan 2156 nəfəri 6 yaşı tamam olan, 341 nəfəri 6 yaşı tamam olmayanlardır.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə