IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

18-10-2018 / 10:19

ABŞ-ın “IBM” texnoloji şirkəti “IBM Security Connect” açıq platformasını təqdim edib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə,“IBM Security Connect” həm adi, həm də süni intellekt texnologiyalarından istifadə edir. Platforma istifadəçiləri kibertəhlükəsizlik məhsullarının effektivliyini artırmaq üçün onlara süni intellekt, o cümlədən “Watson” superkompüterini tətbiq edə bilərlər.

Şirkət nümayəndələrinin sözlərinə görə, “IBM Security Connect” birgə innovasiyalara yol açacaq açıq standartlardan istifadə etməklə ən ciddi təhlükəsizlik problemlərini həll etməyə kömək edəcək. “Açıq standartlar üzərində qurulan platformanın köməyi ilə şirkətlər unikal mikroservislər yarada, yeni təhlükəsizlik proqramları hazırlaya, mövcud həlləri inteqrasiya edə və ümumi açıq servislərin məlumatlarından istifadə edə biləcəklər”, - mütəxəssislər qeyd edib.

Məlumata görə, tapşırıqların yerinə yetirilməsi üçün neyron şəbəkələrin, kompüter təliminin, analitikanın və alqoritmlərdən istifadənin daxil olduğu süni intellekt kompüterlərə öz təcrübələri əsasında öyrənməyə imkan verir.

Süni intellekt (AI, Artificial Intelligence) insanın davranışını bu və ya digər şəkildə imitasiya edən kompüterdir.

Kompüter təlimi (ML, Machine Learning) kompüterlərə məlumatlar əsasında nəticələr çıxarmağa və onları süni intellekt əlavələrinə təqdim etməyə imkan verən metodlardan ibarət süni intellekt altçoxluğudur.

Dərin təlim (DL, Deep Learning) kompüter təlimi altçoxluğu olmaqla kompüterlərə daha mürəkkəb tapşırıqları həll etməyə şərait yaradır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.