İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013 / 19:04
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın rəsmi facebook səhifəsi yaradılıb.
Bu gün yaradılmış səhifədə artıq bir neçə sorğu da yerləşdirilib.
“Bəzən elə olur ki, vacib ictimai və sosial əhəmiyyət kəsb edən xidmətləri elektron formada tapmaq olmur. Siz hansı xdimətlərin daha tez elektron formaya keçirilməsini arzulayırsınız?”, “Artıq xeyli sayda dövlət qurumları həm öz saytlarında həm də elektron hökumət portalında elektron formada xidmətlərini təklif edirlər. Hansı elektron xidmətlərin keyfiyyəti sizi qane edir?”, “Dövlət qurumunun elektron xidmətindən yararlanmaq üçün hansı saytlardan istifadə edirsiniz?” , “Dövlət qurumlarının göstərdiyi hansı elektron xidmətlərdən daha çox istifadə edirsiniz?”
Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Agentliyin inzibati binasında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuran;n yaradılması təklif irəli sürülüb və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yekdilliklə İctimai Şuranın koordinatoru seçilib.

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə