“İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər və əlavə edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında sərəncam imzanıb

03-11-2009 / 10:46

Prezident İlham Əliyev “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi haqqında” sərəncam imzalayıb.

Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bundan başqa həmin qurum Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli, bu barədə Azərbaycan prezidentinə məlumat verməli, öz səlahiyyətləri daxilində qanundan irəli gələn digər məsələləri həll etməlidir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.