İctimai Televiziyada mətbuatla bağlı yeni veriliş efirə çıxacaq

24-06-2009 / 12:34

İctimai Televiziyada mətbuatla bağlı yeni veriliş efirə çıxacaq. Telekanalın Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlunun APA-ya verdiyi məlumata görə, Analitik Proqramlar Departamenti tərəfindən yaradılan veriliş “Media haqqında hər şey” adlanacaq.

A. Yusifoğlunun sözlərinə görə, veriliş İctimai Televiziya ilə jurnalist Rizvan Cəbiyevin birgə layihəsidir. Verilişdə təkcə medianın problemləri deyil, bu vəziyyətdən çıxış yolları aranacaq, o cümlədən yeni layihə elektron KİV-lə yazılı mətbuat arasında körpü rolunu oynamağa çalışacaq.

Anar Yusifoğlu deyib ki, verilişin ilk aparıcıları o, özü və APA İnformasiya Agentliyinin direktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı olacaq.

Bundan sonra isə verilişin aparıcısı Vüsalə Mahirqızı olacaq.

Veriliş ayda iki dəfə həftənin birinci günləri saat 19:00-da efirə çıxacaq.

İyunun 29-da saat 19:00-da efirə çıxacaq ilk verilişdə isə “İnformasiya əldə etmək haqqında” qanun müzakirə mövzusu olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə