İddia: Bu il Bitcoin-in dəyəri 40 min dollar olacaq

16-02-2018 / 12:50

Beynəlxalq Bitcoin Foundation Təşkilatı 2018-ci ildə kripto pulların 90 faizinin yox olacağını iddia edir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Təşkilatın icraçı direktoru Direktor Llew Claasen Bitcoin və digər kripto pulların gələcəyi ilə bağlı maraqlı proqnozlar verib.

Onun sözlərinə görə, Bitcoin-in dəyəri ilin sonuna qədər 40 min dollara qədər yüksələcək.

Qeyd edək ki, hazırda Bitcoin 9 min dollardan yuxarı əməliyyat görür.

Onu da vurğulayaq ki, son dövrlər kriptovalyutaların fırıldaqçılıq məqsədləri üçün istifadə edildiyi ciddi müzakirə edilir. Belə ki, 6 kripto pul layihəsi fırıldaqçılıq ittihamı ilə rəsmi təşkilatlar tərəfindən bağlanıb.

Llew Claasen isifadəçiləri bu vahidini almaqda diqqətli olmağa çağırıb:

“İnsanlar yüksək riskli layihələrə yalnız itirməyə hazır olduqları sərmayəni qoymalıdır”.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.