İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

28-08-2018 / 14:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Prezident İ.Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq yaradılan “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nın ölkəmizdən kənarda tanıdılması istiqamətində də fəaliyyətini davam etdirir.

Xeberler.az məlumat verir ki, xüsusən də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri- rezidentlərə elektron imza, o cümlədən ASAN imza sertifikatının verilməsi imkanının yaradılmasını ilə bağlı müvafiq işlər görülür. Azərbaycan Rəqəmsal Ticarət Qovşağı operatoru kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də bu prosesə öz töhfəsini verir və diplomatik korpuslarla əməkdaşlığı dərinləşdirir.

Bildirək ki, İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn də bu məqsədlə Kanberra şəhərində Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı Səfirliyinin rəsmisi ilə görüşüb. Müvəqqəti işlər vəkili Elcan Həbibzadə Avstraliyada elektron imza, o cümlədən ASAN imza sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi ilə bağlı Avstraliya dövlətinin Rəqəmsal Transformasiya Agentliyi ilə müvafiq müzakirələr keçirdiyini bildirib. O, vurğulayıb ki, Avstraliya dövləti ilə bu sahədə əməkdaşlıq imkanları araşdırılır.

Həmçinin müvəqqəti işlər vəkili qeyd edib ki, qeyri-rezidentlərə elektron imza, o cümlədən ASAN imza sertifikatının verilməsi qaydası barədə məlumatlar ingilis dilinə tərcümə edilərək səfirliyin internet informasiya ehtiyatlarında yerləşdirilib və bu barədə mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirilir.

Belə ki, müvafiq proseduralar tam yekunlaşdıqdan sonra isə xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsi təmin ediləcəkdir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.