İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018 / 11:08

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı ilə birlikdə “Monitorinq və Qiymətləndirmə” mövzusunda təlimlərə start verilib. Təlim Dünya Bankının monitorinq və qiymətləndirmə ekspertləri tərəfindən 31 oktyabr-2 noyabr 2018-ci il tarixində keçiriləcək. Əsasən dövlət qurumlarının əməkdaşları üçün təşkil olunan təlimdə monitorinq və qiymətləndirmə sisteminə uyğun olaraq, istiqamətlər üzrə mövcud problemlər qabardılıb, görüləcək işlər barədə əsas prioretitlər müəyyənləşib və tövsiyyələr təqdim olunub.

Xeberler.az  məlumat verir ki, təlimi giriş sözü ilə açan İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, İİTKM-in monitorinq və qiymətləndirmə üzrə instutitsional inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm rol oynayır. Xüsusən də monitorinq və qiymətləndirmə metodologiyasının inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əhəmiyyətlidir.

Daha sonra Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Həsən Naqvi danışıb. O bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji yol xərtiələri ilə bərabər həm də rəqəmsal ödənişlər, məşğulluq və digər dövlət proqramlarının monitorinq və qiymətləndirməsini uğurla həyata keçirən bir qurumdur:

“Dünya Bankı İİTKM-in institutsional inkişafı üçün Türkiyə, Koreya, Malayziya və başqa ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində layihələr həyata keçirir. Hazırda İİTKM-in monitorinq və qiymətləndirmə institutu dövlət idarəetməsinin daha da təkmilləşdirilməsində mühüm rol oynayır.”

Qeyd edək ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 06 dekabr tarixli Fərmanı ilə strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinin həyata keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi eyni zamanda bir sıra digər dövlət proqramlarının da monitorinq və qiymətləndirməsini həyata keçirir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.