İİTKM yeni internet portalını təqdim edib

05-04-2019 / 11:41

Aprelin 5-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdim edib.

Xeberler.az  bildirir ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı portal barədə danışıb. Məlumat verib ki, Komissiya "Azranking.az" portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək. Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkili, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. Portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Portalda komissiya haqqında məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

“Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans zamanı Prezident İlham Əliyevin rəhbərliyilə İnvestorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, habelə vergi və gömrük sahəsində aparılan islahatlara dair təqdimatlar olub. 

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Beynəlxalq Maliyyə Korporasiyası ölkə üzə nümayəndəliyin rəhbəri Aliyə Əzimova, Vergilər nazirinin müavini İlkin Vəliyev, Energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “PWC Azerbaijan” şirkətinin idarəedici partnyoru Mövlan Paşayev, AMCHAM-ın prezidenti Nuran Kərimov və Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Naveed Naqvi çıxışlar ediblər. Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İslahat icmalı"nın yeni buraxılışını təqdim edib.

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.