İkinci İKT qrant müsabiqəsinin nəticələri dekabrda açıqlanacaq

14-11-2013 / 23:14
Bu il sentyabrın 5-də Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə elan etdiyi  2-ci İKT qrant müsabiqəsinin nəticələri dekabr ayında açıqlanacaq.

 Hazırda müsabiqəyə daxil olmuş 60-dan çox layihənin elmi ekspertizası işi həyata keçirilir. Qeyd edək ki, sözügedən müsabiqə İKT-nin inkişafına yönəlmiş elmi tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşdirilməsi məqsədilə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat xarakterli, elmi tədbirlərin təşkili və bu tipli layihələrin dəstəklənməsini nəzərdə tutur.

 Müsabiqənin maliyyələşdirilməsi üçün bir milyon iki yüz min manat nəzərdə tutulub. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə