İKT, Cəmiyyət və İnsanlar mövzusunda konfrans keçiriləcək

09-03-2019 / 11:02

İyulun 16-dan 19-dək Portuqaliyanın Porto şəhərində “Kompüter elmləri və informasiya sistemləri üzrə XIII silsilə konfranslar” (13th Multi Conference on Computer Science and Information Systems MCCSIS 2019) çərçivəsində “İKT, cəmiyyət və insanlar” mövzusunda XII beynəlxalq konfrans keçiriləcək.

Xeberler.az  bildirir ki, konfransda İKT-nin bəşəriyyətə təsiri, İKT, fərdlər və cəmiyyət arasında qarşılıqlı əlaqələr müzakirə olunacaq.

İştirak etmək istəyənlər məqalələrini aprelin 1-dək qeydiyyatdan keçirə bilərlər.

Konfransa təqdim olunan ən yaxşı materiallar “INSPEC”, “Elsevier”, “Scopus”, “Web Science”, “EBSCO” və digər əhəmiyyətli bazalarda indeksləşdiriləcək.

Qeyd edək ki, tədbir İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiya tərəfindən təşkil olunur.

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə