İKT Konsorsiumu 2018-in hədəflərini açıqlayıb

14-02-2018 / 11:48

Azərbaycanın 10 ən qabaqcıl İKT şirkətinin üzv olduğu Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) Müşahidə Şurasının 2018-ci il üçün ilk görüşü keçirilib

Xeberler.az bildirir ki, görüşdə Konsorsiumun Müşahidə Şurasının cari sədri, BESTCOMP GROUP şirkətinin rəhbərliyi tərəfindən 2017-ci ildə icra edilmiş işlər barədə yarımillik hesabat təqdim olunub.

Hesabat dövründə AZINNEX-in hüquqi qeydiyyat məsələsi tam təmin olunub, AZINNEX tərəfindən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edilib və ilkin satış uğurları əldə edilibdir. Həmçinin AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər də davam etdirilir.

AZINNEX Müşahidə Şurasının yeni sədri Ultra Technologies şirkətinin direktoru təyin edilib. Yeni sədr çıxış edərək 2018-ci ildə görüləcək işlər haqqında məlumat verib və İllik Fəaliyyət Planını təqdim edib.

Konsorsiumun 2018-ci ildə əsas prioritetləri potensial bazarlara çıxış imkanları, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, xarici ölkə nümayəndəliklərinin yaradılması, təbliğat və marketinq fəaliyyətlərinin genişləndirilməsi, o cümlədən Konsorsiumunun inzibati işlərinin inkişaf etdirilməsi kimi önəmli istiqamətlər müəyyənləşdirilib.

Müşahidə Şurasının iclası daha sonra cari strateji, təşkilati və inzibati məsələlərin açıq müzakirələri ilə davam etdirilib.

Azərbaycanın innovasiya ekosisteminin aktiv iştirakçısı və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasında əhəmiyyətli rola malik olan AZINNEX 2018-ci ili fəaliyyətində uğurlu başlanğıc ili olaraq hədəfləyib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.