“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015 / 18:21

“Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun təşkilatçılığı ilə aprel ayının 23-də saat 16:00-da “İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək.

Xəbərlər-in məlumatına görə,Konfransda iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçməlidir.

Konfransda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin, ATƏT-in, ADA Universitetinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), Azərbaycan Qadınlarının İKT Klubunun və "GoldenPay" şirkətinin nümayəndələri iştirakı gözlənilir.

"Bakutel 2014" sərgi-konfransı çərçivəsində "Femmes Digitales - Azərbaycan qadınları İKT-də" klubu yaradılıb və bu qurumun əsas məqsədi BTİ-nin qadınların və qızların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına kömək etməkdir.

 




ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə