İKT-nin təhsildə tətbiqi ilə bağlı təlim keçiriləcək

16-10-2015 / 10:50

Oktyabrın 28-də  yenicə istifadəyə verilmiş ITE təlim mərkəzində “İKT-nin təhsildə tətbiqi, səviyyə 2” təlimi keçiriləcək.

Xeberler.az bildirir ki, təlimlər təhsil müəssisələrinin pedaqoji və inzibati-idarəetmə heyəti, həmçinin təhsil sahəsində çalışmaq istəyən pedaqoji universitet tələbələri və məzunları üçün nəzərdə tutulub.

Təlimdə  MS Office proqramların imkanlarından istifadə edərək tədris məhsullarını hazırlanması, təhsildə internet xidmətlərinin əhəmiyyətini və rolunu izah edilməsi,  axtarış saytlarından istifadə edərək lazımı informasiyanı əldə etmək, elektron poçtdan istifadə qaydaları, təhsildə bloqların rolunu izah edir və fənni ilə bağlı bloqlar yaratmaq və  Web 2 alətlərindən istifadə etməklə onlayn şəraitdə testlər, təqdimatlar, oyunlar və s. resurlar  hazırlamağın yollarını öyrənmə imkanı qazanacaqsınız.                               . 

Qeyd edək ki, təlim “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb, peşəkar təlimçi tərəfindən keçirilir. Təlim proqramı beynəlxalq təcrübə və yeni tədris texnologiyalardan istifadə etməklə hazırlanır.

Sonda iştirakçılara “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən sertifikat təqdim edilir.

Təlim “İKT-nın təhsildə tətbiqi, səviyyə 1” təlimində iştirak etmiş müdavimlərə şamil olunmur.

Təlimdə iştirakla bağlı əlavə məlumatları buradan əldə etmək mümkündür.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.