İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015 / 13:30

Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES “IE Venture Day Baku” layihəsi ilə birlikdə dekabrın 3-də Bakıda ayrıca sessiya keçirib.

Xeberler.az bildirir ki, sessiya zamanı panel müzakirələri şəklində qadınların informasiya-kommunikasiya texnologiyalarının və startap layihələrinin inkişafındakı rolu müzakirə edilib.

Çıxış edənlər arasında FEMMES DIGITALES klubunun təsisçiləri – Microsoft Azərbaycan şirkətinin marketinq meneceri Səbinə Pərvizi, B.EST Solutions şirkətinin təsisçisi və direktoru Yana Krimpe, WOWOMEN (ALZA) layihəsinin yaradıcısı və rəhbəri Zara Apetrey Hüseynova, eləcə də Ukraynada yerləşən Ekonomika Communication Hub media evinin direktoru və womo.com.ua layihəsinin həmtəsisçisi İrina Rubis və Estoniyada keçirilən Latitude59 beynəlxalq layihəsinin baş marketinq direktoru və bu ölkənin e-Vətəndaşlıq startap layihəsinin təşviqi ilə məşğul olan Annika Lyaş yer alıblar. 

Sessiya iştirakçıları öz uğur hekayələrini bölüşüb. İKT sahəsində qızların və qadınların iştirak səviyyəsinin aşağı olmasının səbəblərini və bununla bağlı cəmiyyətdə yaranmış stereotipləri müzakirə edilib, eləcə də bir sıra digər maraqlı mövzulara toxunacaqlar.

Maraqlı çıxış və müzakirələrdən sonra FEMMES DIGITALES klubunun 1 yaşı münasibətilə il ərzində görülən işlərdən danışılıb və təsisçilər klubun üzvlərini təbrik edərək işlərində uğurlar arzulayıblar.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə