İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015 / 11:55

Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES “IE Venture Day Baku” layihəsi ilə birlikdə dekabrın 3-də Bakıda ayrıca sessiya keçirəcək.

Xeberler.az bildirir ki, sessiya zamanı panel müzakirələri şəklində qadınların informasiya-kommunikasiya texnologiyalarının və startap layihələrinin inkişafındakı rolu müzakirə ediləcək. Sessiya iştirakçıları öz uğur hekayələri ilə bölüşəcək, İKT sahəsində qızların və qadınların iştirak səviyyəsinin aşağı olmasının səbəblərini və bununla bağlı cəmiyyətdə yaranmış stereotipləri müzakirə edəcək, eləcə də bir sıra digər maraqlı mövzulara toxunacaqlar.

Çıxış edənlər arasında FEMMES DIGITALES klubunun təsisçiləri – Microsoft Azərbaycan şirkətinin marketinq meneceri Səbinə Pərvizi, B.EST Solutions şirkətinin təsisçisi və direktoru Yana Krimpe, WOWOMEN (ALZA) layihəsinin yaradıcısı və rəhbəri Zara Apetrey Hüseynova, eləcə də Ukraynada yerləşən Ekonomika Communication Hub media evinin direktoru və womo.com.ua layihəsinin həmtəsisçisi İrina Rubis və Estoniyada keçirilən Latitude59 beynəlxalq layihəsinin baş marketinq direktoru və bu ölkənin e-Vətəndaşlıq startap layihəsinin təşviqi ilə məşğul olan Annika Lyaş yer alacaq. 

Tədbirin gedişatında FEMMES DIGITALES klubu həmçinin fəaliyyətinin ilk ildönümünü də qeyd edəcək – belə ki, klubun rəsmi açılış mərasimi bir il əvvəl eyni tarixdə 20-ci Bakutel sərgi-konfransı çərçivəsində baş tutmuşdu. Klubun təsisçiləri ötən il ərzində klubun fəaliyyətinin nəticələrini müzakirə edəcək, bu müddət ərzində keçirilmiş maarifləndirici tədbirlər və qızların və qadınların İKT sahəsinə akademik və peşəkar maraqlarının təşviqi istiqamətində atılmış addımlar barədə məlumat verəcəklər.

Qeyd etmək lazımdır ki, ötən bir il ərzində Klubun təsisçiləri və üzvləri tərəfindən bu qəbildən bir çox işlər görülüb. Klub xüsusilə də qızların və qadınların İKT sahəsində məşğulluğunun artırılması məqsədilə bu sahədə çalışan yerli şirkətlərlə səmərəli dialoq qura bilib. Konfrans ərzində iştirakçılar Azərbaycanın İKT sahəsində aparıcı vəzifələrdə çalışan müvəffəqiyyətli işgüzar qadınlarla və onların uğur hekayələri ilə tanış ola, eləcə də IT sahəsində uğurlu startap layihələrinə aparan yollar barədə məlumat ala biləcəklər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə