İKT Qadınlar Klubu üzvlərinin sayı açıqlandı

02-10-2015 / 16:17

Məlum olduğu kimi, Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edən -Azərbaycan Qadınlarının İKT Klubu (Femmes Digitales) fəaliyyət göstərməkdədir.

Azərbaycan Qadınlarının İKT Klubuna üzv olanların sayı 80 nəfərə yaxınlaşır.

Bu barədə Xeberler.az-a klubdan bildirilib. Məlumata əsasən, bu günə qədər kluba üzv olmaq üçün qeydiyyatdan keçənlərin müraciətləri nəzərdən keçirilib və 80 nəfərə yaxın qadının kluba üzv olması ilə bağlı müraciəti qəbul edilib.

Klubun üzvləri barədə ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Qadınlarının İKT Klubuna üzv olmaq üçün klubun rəsmi saytında qeydiyyatdan keçmək lazımdır.

Eyni zamanda, üzvlüklə bağlı ətraflı məlumat üçün [email protected] elektron ünvanına da müraciətlərinizi ünvanlaya bilərsiniz.

Qeyd edək ki, klubun təsisçiləri arasında B.est Solutions, Microsoft, HP, Azercell, Bakcell, Global CRA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AGAT, Iteca Caspian, ASAN Xidmət, MONT, Cybernet, Baku Grand Prix kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.

Femmes Digitales klubunun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir.

Bu günə kimi klubun bir neçə konfransı baş tutub.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə