İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015 / 17:59

Bakıda “Microsoft Azerbaijan” şirkətinin və Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransı keçirilib.

“Microsoft” bütün dünyada bu təşəbbüslə çıxış edir və artıq iki il ardıcıl olaraq bu konfrans Azərbaycanda təşkil olunur.

Xəbərlər-in verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qadınların İKT sahəsində rolundan danışıb və qeyd edib ki, Azərbaycanda bu sahədə çalışan qadınların sayı ilbəil artır: ”Biz sözügedən sahədə qadınlara lazımi dəstək verməyə hazırıq və onların uğuruna inanırıq”.

Öz növbəsində “Microsoft Azerbaijan” şirkətini baş direktoru Rüfət Hacıəlibəyov qeyd edib ki, “Microsoft” Korporasiyası dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir: «“DigiGirlz” konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. "DigiGirlz" konfransı perspektivli tələbələrə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyə qədər mövcud istedadının açılmasına mane olan gender stereotipləri qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb».

Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar iştirak ediblər. Bu konfrans gənc qadınlara sürətlə inkişaf edən texnologiya sahəsində işlərinə və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanını yaradıb.

Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş uğurlu qadınlarla ünsiyyət qurmaq imkanı əldə ediblər və bu sahədə fəaliyyət göstərməyin onlara nə verə biləcəyi ilə tanış olublar.

Konfransda “Microsoft Azerbaijan” şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi, “Azərbaycanın 100 biznes-qadını” təşkilatının sədri Tatyana Mikayılova, “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, “Femmes Digitales” klubunun rəhbəri Yana Krimpe, həmçinin “Microsoft Azerbaijan” şirkətinin əməkdaşları çıxış ediblər.

Qeyd edək ki, "DigiGirlz" gənc qadınlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran “Microsoft” Korporasiyasının proqramıdır. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlanmaq məqsədini daşıyır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə